Accessibility links

Münhendə bıçaqlı kişi dörd nəfəri yaralayıb


Polis Rosenheimer Platz meydanını mühafizə edir. Münhen, Almaniya, 21 oktyabr, 2017.
Polis Rosenheimer Platz meydanını mühafizə edir. Münhen, Almaniya, 21 oktyabr, 2017.

Almaniyanın Münhen şəhərində şənbə günü bıçaqlı kişi altı nəfərə hücum çəkəndən sonra hadisə yerindən qaçıb. Hücumu törətməkdə şübhəli bilinən şəxs bir neçə saatdan sonra həbs edilib. Polis, hal-hazırda hadisəni həmin şəxsin törədib-törətmədiyini müəyyən etməyə çalışır.

Polis sözçüsü Markus da Qloria Martinisin bildirdiyinə görə, onlar Münhenin mərkəzindən bir qədər şərqdə yerləşən Haidhausen ərazisindəki hücum haqqında ilkin məlumatı səhər saat 8:30-da alıblar.

Hücumçu ərazinin müxtəlif yerlərində beşi kişi, biri qadın olmaqla altı nəfərə hücum çəkib. Qloria Martinsin verdiyi məlumata əsasən, hücum edilənlərdən dördü xəsarət alıb, amma heç birinin xəsarəti ciddi deyil. Sözçü bildirib ki, onların aldığı bıçaq zədələri yüngüldür.

Hücumdan sonra polis Twitter vasitəsilə Rosenheimer Platz ərazisində yaşayan insanların küçəyə çıxmamalarını və Ostbahnhof dəmir yol stansiyasından uzaq durmalarını xəbərdarlıq edib.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin üzərində qara şalvar, yaşıl gödəkcə və bel çantası olan, üzü qırxılmamış, sarışın, 40 yaşlı kişi olduğunu elan etdikdən bir neçə saat sonra bu göstəricilərə müvafiq şəxs polis tərəfindən saxlanılıb. Verilən məlumata görə, həmin şəxs polisdən qaçmağa cəhd edib.

Hücumun motivi haqqında hələlik heç bir məlumat yoxdur.

XS
SM
MD
LG