Accessibility links

Murtuza Nəbəvi: Əhmədinejadın komandası şeytani məsələlərdən faydalanır


Murtuza Nəbəvi: Əhmədinejadın komandası şeytani məsələlərdən faydalanır
Murtuza Nəbəvi: Əhmədinejadın komandası şeytani məsələlərdən faydalanır

Murtuza Nəbəvi deyib ki, Əhmədinejad komandası ruhaniyyətsiz (axundsuz) bir islamın ardınca gedir. “Bu cərəyan mühafizəkarlar içindən çıxsa da, get-gedə onun ruhanilər, digər din alimləri, sonunda isə “Vilayət-i fəqih” (ayətullah Xamneyi) ilə problemi olduğu üzə çıxdı.

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Murtuza Nəbəvi jurnalistlərə açıqlamasında İran prezidenti Mahmud Əhmədinejad və onun komandasını günahlandırıb.
“Media forum” saytının məlumatına görə, Murtuza Nəbəvi deyib ki, Əhmədinejad komandası ruhaniyyətsiz (axundsuz) bir islamın ardınca gedir: “Bu cərəyan mühafizəkarlar içindən çıxsa da, get-gedə onun ruhanilər, digər din alimləri, sonunda isə “Vilayət-i fəqih” (ayətullah Xamneyi) ilə problemi olduğu üzə çıxdı.
Bu cərəyan əqidədəki azğınlıqdan başqa siyasi, inqilabi və iqtisadi tendensiyalarına görə də öz yolundan azmış bir cərəyandır, insanların dini inanclarından sui-istifadə edir, “Quran” ayələrinə istinad etməklə insanlara təsir göstərməyə çalışır. Belə görünür ki, Əhmədinejada yaxın adamlar və onun komandası özlərinin bir sıra hədəflərinə çatmaq üçün cinlərə əl atır, bir sıra şeytani məsələlərdən faydalanırlar”.

XS
SM
MD
LG