Accessibility links

Mask bəzi jurnalistlərin Twitter hesablarını bərpa edib


İlon Mask
İlon Mask

Twitter-in sahibi Ilon Mask şənbə günü tvit ataraq bildrib ki, cümə axşamı hesabları dondurulan jurnalistlərin hesabları bərpa olunacaq.

Hesabların bəziləri Maskın tvitindən qısa müddət sonra yenidən aktiv olunsa da, hamısı bərpa olunmayıb.

Amerikanın Səsinin baş milli müxbiri Stiv Hermanın Twitter hesabında, üç tvitdən başqa hər şey bərpa olunub. Sosial media həmin tvitlərin sosial şəbəkənin siyasətini pozduğunu iddia edir. Həmin tvitlərdə Maskən özəl təyyarəsini izləyən hesaba istinad olunub.

Mask deyib ki, o, hesabları ona görə dondurub ki, jurnlaistlər təyyarənin yeri ilə bağlı məlumatları açıq edirdilər və bu da, onun sözlərinə görə, bir nəfərin onun uşaqlarından birini təqib edərək, narahat etməsinə səbəb olub.

Mask və onun @elonjet hesabını bağlaması ilə bağlı tvit atan heç bir jurnalist onun təyyarəsinin yeri haqqında məlumat paylaşmayıb.

Herman Mastodon və Post.news kimi digər sosial media platformalarında bildirib ki, Twitter hesabını bərpa etmək üçün ondan blok olunan üç tviti silməsini istəyib.

“Mən tələblə bağlı şikayət irəli sürmüşəm və tvitləri silməyəcəm,” Herman Mastodon-da yazıb. Hesabların dondurulması digər jurnalistlərin, insan hüquqları qruplarının və beynəlxalq təşkilatların narahatlıqlarına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarric cümə günü deyib ki, “Bu addım dünya boyu jurnalistlər senzura, fiziki təhdidlər və daha pisi ilə üzləşdikləri bir vaxt təhlükəli presedent yaradır.” O qeyd edib ki, BMT hesabların “ixtiyari dondurulmasından çox narahatdır.”

Avropa İttifaqı da hesabların dondurulması ilə bağlı narahatlığını ifadə edib. Avropa İttifaqı Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jurova yazıb ki, hesabların dondurulması narahatedicidir və vurğulayıb ki, “Aİ-nin Rəqəmsal Xidmət Aktı media azadlığı və fundamental hüquqlara hörmət tələb edir. Bu, bizim Media Azadlığı Aktımız altında da qeyd olunub.”

O deyib ki, Mask bundan xəbərdaar olmalıdır. Qırmızı xəttlər, eləcə də sanksiyalar var,” o bildirib.

Jurnalistlərin Müdafiə Komitəsi də narahatlığını ifadə edərək bildirib ki, əgər jurnalistlərin hesabları işlərinə görə dondurulubsa, “bu, jurnalistlərin qisas qorxusu olmadan xəbərləri işıqlandırmaq hüququnun ciddi pozuntusudur.”

Human Rights Watch Təşkilatının texnologiya və insan hüquqları üzrə direktoru Frederike Kaltheuner cümə günü bəyantında bildirib ki, “hesabların bağlanmasını məhrəlik və ya təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə müdafiə etmək çətindir.”

XS
SM
MD
LG