Accessibility links

Ərzaq qıtlığı və təhlükələr Myanma qaçqınlarını kiçik yaşlarda evlənməyə vadar edir


Banqladeşdə sığınacaq tapan bir çox Rohinca ailələri qızlarını kiçik yaşlarında ərə verərək, onların dolandırılması yükünü azaltmağa çalışır. 12 yaşlı qızları ərə verən ailələr daha az sayda uşağın yeməklə təmin edilməsinə çalışır.

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar agentliyinin bildirdiyinə görə, Myanmanı məcburi şəkildə tərk edən Rohinca qaçqınlarının sayı 700 mindən çoxdur. Onların 625 mini Banladeşdə yerləşir.

8 nəfərdən çox üzvü olan ailələrə 2 yemək kartı verilir. Lakin 7 uşaqlı ailələr yalnız bircə kart alır. Azyaşlı uşaqlar arasında evliliklər əlavə kart deməkdir

Agentliyin direktoru Zeyd Raad müsəlnanlara qarşı zorakılılarda soyqırım elementləri olduğunu deyib.

Çoxuşaqlı ailələrə BMT-nin Ərzaq Proqramı yardım edir. Lakin yardımlar kifayət etmir. İnsanlar ərzaq qıtlığı çəkir.

Banqladeşin Beynəlxalq Xeriyyə Qrupunun (BRAC) rəhbəri Habibur Rəhmanın dediyinə görə, ərzaq naminə azyaşlıların evləndirilməsi ciddi narahatlıqlara yol açıb. O, hökumət və qeyri-hökumət təşkilatlarının bu böhrana diqqət yetirməsinin vacibliyini vurğulayıb.

“8 nəfərdən çox üzvü olan ailələrə 2 yemək kartı verilir. Lakin 7 uşaqlı ailələr yalnız bircə kart alır. Azyaşlı uşaqlar arasında evliliklər əlavə kart deməkdir. Bura oğlanlar da daxildir” - deyə, Rəhman Amerikanın Səsinə bildirib.

Narahatlıq doğuran digər bir məsələ qaçqınların seksual təcavüzlərə məruz qalmasıdır.

Myanma ordusu təhlükəsizlik qüvvələrinin Rohinca müsəlmanlarını zorladığı və qətlə yetirdiyinə dair iddiaları rədd edib.

Münaqişə avqust ayında Rohinca yaraqlılarının polis idarəsinə hücum edərək 12 əsgəri öldürməsindən sonra baş qaldırıb.

XS
SM
MD
LG