Nümayişçilər dördüncü gün ardıcıl olaraq yenidən Myanmarın paytaxtı küçələrində toplaşaraq, seçilmiş mülki hökumətin devrilməsinə qarşı hərbi xunta tərəfindən kütləvi etiraz aksiyalarının dayandırılmasına yönəlmiş məhdudiyyətlərə qarşı çıxıb.
Çərşənbə axşamı Naypyitavdakı etirazlar ordunun 20.00 elan etməsindən bir neçə saat sonra baş qaldırıb. Yangon və Mandalay şəhərlərində səhər saat 4-ə qədər komendant saatı tətbiq edilib. Rejim eyni zamanda ölkə daxilində dörddən çox insanın toplaşmasını qadağan edib. Yanqon və Mandalayda da nümayişlər təşkil edilib.
Xəbər agentlikləri etirazçılara qarşı hər üç şəhərdə su şırnağıından istifadə etdiyini bildirir.
Nümayişlər başladığından bəri on minlərlə insan Myanmada əllərində “Myanmarı xilas et”, “Biz demokratiya istəyirik” yazılı plakatlarla və devrilmiş hökumətin faktiki lideri Aunq San Suq Çinin portretləri ilə etirazlarını davam etdirir.
Etirazçılar yürüşdə məşhur “Aclıq Oyunları” filmlərindəki zülmə qarşı müqavimət əlaməti olan üç barmaqla alqış işarəsi göstərib.
Bazar ertəsi dövlət qulluqçuları - dəmir yolu işçiləri, müəllimlər və digər sektorlardakı işçilər ümumxalq nümayişlərinə qatıldıqları üçün nümayişlər yeni mərhələyə qədəm qoyub.
İnternet xidməti kəsildikdən bir gün sonra, bazar günü bərpa edilib və bu, vətəndaşlara canlı yayım və Myanma daxilində müxtəlif etiraz aksiyalarının videolarını sosial şəbəkələrdə paylaşmasına imkan verib.
Myanma ordusu noyabr seçkilərindəki saxtakarlığa dair iddialarla bağlı tədbir görülmədiyini əsas gətirərək, bir il davam edəcək fövqəladə vəziyyət elan edib.
Hərbi çevrilişə rəhbərlik edən general Min Aunq Hlainq bazar ertəsi ictimaiyyətə müraciəti zamanı ölkədəki iştişaşlardan bəhs etməyib.
General keçən noyabr seçkilərində Su Çinin Demokratiya Uğrunda Milli Liqasının böyük əksəriyyətlə qalib gəldiyi iddialarını saxta adlandırıb.
O, əvvəlki hərbi hakimiyyət dövrlərindən fərqli olaraq "həqiqi və intizamlı demokratiya" gətirmək üçün yeni seçkilər keçirəcəyinə söz verib.
General yeni seçkilərin nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.
Myanma lideri Aunq San Su Çi hazırda ev dustaqlığındadır. O, evində aparılan axtarış zamanı aşkar edilən qeydiyyatda olmayan 6 walkie-talkie radiosunun qanunsuz olaraq saxladığına və istifadəsinə görə günahlandırılıb.
Myanmada hakimiyyətin hərbi yolla ələ keçirilməsi ABŞ prezidenti Co Bayden və digər dünya liderləri tərəfindən qınanılıb və seçilmiş hökumətin yenidən hakimiyyətə gətirilməsi tələb olunub.