Accessibility links

Xunta Myanmadakı zorakılıqlara görə etirazçıları günahlandırıb


Myanmanın hərbi xuntası çərşənbə axşamı davam edən ümummilli etiraz aksiyalarının liderlərini zorakılığa təhrikdə və yanğınlarda günahlandırıb və ölkənin devrilmiş de-fakto lideri Aunq San Su Çiyə qarşı fırıldaqçılıq ittihamlarını təkrarlayaraq, keçən ay etdiyi çevrilişə haqq qazandırmağa çalışıb.

Hərbi xunta tərəfindən açıqlamalar ABŞ və Avropa İttifaqının fevralın 1-də çevriliş və bunun ardınca etirazçılara qarşı təzyiqlərə görə hərbi liderlərə qarşı yeni sanksiyalar tətbiq etməsindən bir gün sonra verilib.

Çərşənbə axşamı uzun sürən mətbuat konfransı zamanı hərbçilər müsadirə edilən evdə hazırlanmış silahları və küçələrdə baş verənlərin videolarını nümayiş etdirərək, nümayişçilərin zorakılığından danışıb və onları dayandırmaq üçün göstərilən cəhdlərə bəraət qazandırıb.

"Hansı ölkə bu cür zorakı hərəkətləri qəbul edər?" - deyə, xuntanın sözçüsü Zou Min Tun hərbçilərin etirazçılara cavabını ABŞ polisinin yanvarın 6-da Kapitoliyə hücumuna cavabı ilə müqayisə edib. Sözçü Myanmadakı zorakılıqlar zamanı 164 etirazçının öldürüldüyünü deyib və buna görə kədərləndiyini bildirib.

Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) fəallar qrupu Myanma təhlükəsizlik qüvvələri tərəfindən azı 261 nəfərin öldürüldüyünü təsdiqləyə biləcəyini, lakin ölənlərin ümumi sayının daha çox olduğunu deyib. Qrupun Twitter səhifəsində 2,682 nəfərin həbs edildiyi, mühakimə olunduğu və ya ittiham edildiyi, 2 302 nəfərin isə hələ də həbsdə olduğu bildirilir.

Banqladeş, Çin, Hindistan, Laos və Tayland da daxil olmaqla, bəzi qonşu ölkələr Myanmadakı zorakılığı qınayıb. Zou Min Tun jurnalistlərə xuntanın bu ölkələrlə əməkdaşlıq etdiyini və eləcə də bütün Cənub-Şərqi Asiya Ölkələri Birliyi (ASEAN) və dünyanın başqa ölkələri ilə yaxşı əlaqələr qurmaq istədiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG