Accessibility links

Myanmada hərbi çevrilişdən altı ay sonra xuntaya qarşı etirazlar hələ də davam edir


Şənbə günü Mandalayda bir qrup tələbə Myanmanın hərbi xuntasına qarşı etiraz edib və insan hüquqları qrupu ilahlı qüvvələri insanlığa qarşı cinayətlərdə ittiham edib. Bunlar ordunun hakimiyyəti ələ keçirməsindən altı ay sonraya təsadüf edib.

Universitet tələbələri Mandalay ətrafında motosikletlər sürüblər və qırmızı-yaşıl bayraqlar dalğalandırıblar. Onlar ordu ilə mülki hakimiyyətə dönməklə bağlı hər hansı danışıq aparmağı rədd etdikləri bildiriblər.

“Qan davasında danışıq olmur,” bir plakatın üzərində yazılıb.

Myanma ordusu fevralın 1-də Nobel mükafatı laureatı Aunq San Suu Çinin rəhbərlik etdiyi mülki hakimiyyəti devirərək, hakimiyyəti ələ keçirib. Aunq San Suu Çinin hakim partiyası seçkidə qalib gəlmişdi, ordu isə seçkilərin saxtalaşdırıldığını iddia edir.

Nyu Yorkda qərargahlanan Human Rights Watch təşkilatə şənbə günü bildirib ki, silahlı qüvvələrin çevrilişin və əleyhdarların həbsinin əleyhinə etirazları zorakı bir şəkildə yatırıb və bunu edərkən işgəncə, qətl, və beynəlxalq humnitar konvensiyanı pozan digər əməllərə əl atıb.

“Əhaliyə bu hücumlar insanlığa qarşı cinayətlərə bərabərdir və bu cinayətlərə görə məsuliyyət daşıyanlar cavabdeh tutulmalıdır,” qrupun Asiya üzrə direktoru Brad Adams bəyanatda bildirib.

Şənbə günü Human Rights Watch-un ittihamlarına cavab vermək üçün Ordu səlahiyyətlilərinin sözçüsü Zav Min Tuna ilə əlaqə saxlamaq mümkün olmayıb.

Siyasi Məhbusların Yardım Assosiasiyası adlı fəal qrupu bildirir ki, çevrilişdən bəri azı 6990 insan həbs olunub. Qrup bildirir ki, silahlı qüvvələr 939 nəfəri öldürüb. Ordu isə bu rəqəmin şişirdildiyini deyir.

Ordu əleyhdarlarını terrorçu adlandırıb və bildirir ki, hakimiyyəti ələ keçirməsi konstitusiyaya uyğundur.

Ordu 2020-ci il noyabr seçkisində saxtakarlığın olduğunu iddia edəndən sonra fevral ayında hakimiyyəti ələ keçirib. Keçmiş seçki komissiyası ordunun ittihamlarını rədd edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG