Accessibility links

Banqladeşdəki Rohinca qaçqınlarının repatriasiya prosesinə başlanılmayıb


Banqladeşdə sığınacaq tapan Rohinca müsəlman qaçqınlarının Myanmaya tədricən qaytarılması prosesi əvvəlcədən planlaşdırıldığı kimi bu gündən etibarən başlanılmayacaq.

Qaçqınların repatriasiya prosesinin nə vaxt başlanacağı hələ məlum deyil.

Myanma və qonşu Banqladeş bu yaxınlarda Myanmadakı hərbi təcavüzdən qaçan yüz minlərlə qaçqının geri qaytarılmasına dair razılıq əldə edib.

“Biz insanlarımıza və ölkəmizə ən çox zərər dəyən tərəf kimi repatriasiya prosesinin tez bir zamanda başlanmasına çalışırıq. Eyni zamanda, biz bu prosesin uzunmüddətli və davamlı olmasını istəyirik. Bu səbəbdən də biz təhlükəsizliyin tam təmin edilməsi məsələsinə ciddi fikir verməliyik” deyə, Banqladeşin "Mühacir və Repatriasiya" təşkilatının komissarı Məhəmməd Əbul Kəlam bildirib.

Qaçqınların çoxu isə Myanmaya dönməkdən imtina edir.

Myanma ordusu Rohinca militantlarının polisə etdiyi hücuma cavab olaraq keçən ilin avqust ayında Rohinca kəndlərində həyata keçirdiyi amansız kampaniyaya görə günahlandırılır.

BMT Myanma ordusunun Rohinca müsəlmanlarına qarşı həyata keçirdiyi hücumları etnik təmizləmə kimi qiymətləndirib.

XS
SM
MD
LG