Accessibility links

Birmada hökümət və qiyamçı qruplar arasında atəşkəs əldə olunub


Bir neçə qrup atəşkəsi imzalamaqdan imtina edib

Myanma höküməti və səkkiz silahlı qrup aralarında atəşkəsin imzalanmasını qeyd edirlər. Bir sıra digər qiyamçı qruplar isə razılığı imzalamaqdan imtina ediblər.

Cümə axşamı paytaxt Naypyidavda keçirilən və televiziyada canlı yayımlanan imza mərasimində prezident Tein Sein Milli Atəşkəs Razılığını gələcək nəsillər üçün tarixi bir “hədiyyə” adlandırıb.

“Bu gün Birma üçün cox əhəmiyyətli tarixi bir gündür. Biz ölkəmizin dinc gələcəyi üçün yeni bir yol açmağa nail olduq,” deyə o bildirib.

Tein Sein razılığın bütün ölkə boyu tətbiq olunmadığını bildirsə də, hökümətin digər qruplarla da razılıq əldə etmək üçün səylər göstərəcəyini deyib.

Birmada on illərlə hökümət və bir çox sərhədyanı regionlarda muxtariyyət əldə etməyə çalışan üsyançı qruplar arasında qarşıdurmalar davam edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG