Accessibility links

Aunq San Su Kyi Banqladeş höküməti ilə Rohincalarla bağlı danışıqlar aparır


Myanmanın de fakto lideri Aunq San Suu Kyi son üç ay ərzində Banqladeşə qaçan Rohinca müsəlmanlarının Myanmaya geri dönməsinə dair Banqadeşlə razılıq əldə edəcəyinə ümid bəslədiyini bildirib.

Aunq San Suu Kyi bunu Mynamanın paytaxtı Napitavda ASEM (Asiya-Avropa İclası) xarici işlər nazirlərinin görüşündən sonra söyləyib.

“Biz sabah və birigün sizin xarici işlər nazirinizlə ikitərəfli danışıqlar aparacağıq və ümid edirik ki, bu görüş anlaşma memorandumunun imzalanması ilə başa çatacaq və bu bizə sərhədi keçən insanların təhlükəsiz və könüllü şəkildə geri dönmək prosesinə başlamağımıza imkan yaradacaq”, deyə o bildirib.

600 mindən çox Rohinca müsəlmanı Myanmadakı zorakılıqlardan qaçaraq Banqladeşdəki qeyri-sanitar şəraitdə olan izdihamlı düşərgələrə yerləşib. Bir çoxları Myanamdakı zorakılıqları etnik təmizləmə kimi qiymətləndirir.

ASEM iclası iki regiondan ölkələri iqtisadi və siyasi əlaqələri gücləndirmək üçün bir araya gətirir.

XS
SM
MD
LG