Accessibility links

Nümayəndələr Palatası Trampın fövqəladə vəziyyət qərarına "yox" deyir


Nümayəndələr Palatası Trampın fövqəladə vəziyyət qərarına "yox" deyir
please wait

No media source currently available

0:00 0:02:38 0:00

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın cənub sərhədlərdə fövqəladə vəziyyət elan etməsi qərarının ləğvini səsverməyə çıxarıb.Demokratlar Trampın fevralın 15-də verdiyi qərarı Konstitusiyada Konqresin federal büdcəyə nəzarətini təmin edən qüvvələrin paylaşması hüququna zidd hesab edir. Lakin prezidentin divar inşasının maliyyədirilməsi səylərini Senatda daha qızğın mübahisələr, Ağ Evdə isə veto gözləyir.

Cənub sərhədlərində böhran mövcud deyil. Bu, prezidentin fövqəladə vəziyyət qərarının qarşısını almağa çalışan Nümayəndələr Palatasından demokratlar və bir sıra respublikaçının mesajıdır.

"Prezident divarın Meksika tərəfindən maliyyələşdiriləcəyini dəfələrlə bildirib. Meksika ödəməkdən imtina edir. Konqres ödəməkdən imtina edir. Prezident isə bunu qəbul etməkdənsə, təktərəfli və konstitusiyaya zidd hərəkətə keçib" ,
demokrat nümayəndə Huakin Kastro bildirib.

Fövqəladə vəziyyət prezidenti sərhəd divarı çəkilməsi üçün çoxu ordunun payına düşən təsdiq edilmiş fondlardan 6 milyard dollarlıq vəsaitlə təmin edə bilər.

Nümayəndələr Palatasının respublikaçı üzvləri buna prezidentin haqqı olduğunu deyir.

"Sərhədlərdə narkotiklər, qətllər, insan qaçaqmalçılığı kimi problemlər mövcuddur. Prezidentin buna mane olmaq səalhiyyəti var" Nümayəndələr Palatasının azlıq lideri Kevin Makarti bildirib.

Hər iki tərəfdən qanunvericiləri bu addımın Konqresin səlahiyyətlərinin məhdudlaşdırılması kimi təhlükəli bir presedent olacağı narahat edir.


"Ümid edirəm ki, respublikaçı dostlarımız siyasət və partiyalarına dair narahatlıqları deyil, Konstitusiya narahatlıqları ilə bağlı vicdanla səs verəcək" , Nümayəndələr Palatasının əksəriyyət lideri Steni Hoyer deyib.

Senatın 3 respublikaçı üzvü artıq bu ölçüyə dəstək verəcəklərini bildirib.


"Bunun sərhəd təhlükəsizliyini dəstəkləyib, dəstəkləməməklə əlaqəsi yoxdur. Bu, Konstitusiyamızın xətləri və ölçülərinə riayətlə bağlıdır" - deyə respublikaçı Liza Murkovski qeyd edib.

Mitç Makkonel isə sərhədlərdə böhrana dair şübhə olmadığını deyir.

"Prezidenti məsələyə baxışına görə günahlandırmaq olmaz."

Trampın etibarlı müttəfiqi hələ ki, onun hərəkətinin qanunauyğunluğuna dair bir nəticəyə gəlməyib.

Senatorların veto tərəfdarı çoxluğu prezidentin son sözü deməsinə yardım edə bilər.

"Veto qoyacağam? 100 faiz. 100 faiz. Sərhəd təhlükəsizliyini istəyən ağıllı insanlar az deyil" , Tramp bildirib.

ABŞ-ın 16 ştatının prezidentin milli fövqəladə vəziyyət elan etməsi səbəbilə məhkəmələri qərarın dəyişməsinin yeganə yolu ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG