Accessibility links

Nümayəndələr Palatasının Ədliyyə komitəsi Trampa qarşı impiçment maddələrini nəzərdən keçirir


Demokratların nəzarətində olan Nümayəndələr Palatasının Ədliyyə komitəsi çərşənbə günü prezident Donald Trampa qarşı impiçment maddələrini nəzərdən keçirməyə başlayıb. Komitə gələn həftə impiçment maddələrinin səsə qoyulmasına çalışır.

Prezident Trampa qarşı onun impiç edilməsinə əsas verə biləcək iki maddə irəli sürülüb.

Nümayəndələr Palatasındakı demokratlar Trampı Ukrayna prezidenti Volodimir Zelenskidən onun 2020-ci il prezident seçkilərində əsas rəqiblərindən biri olan keçmiş vitse-prezident Co Baydenlə bağlı təhqiqata başlamasını istəyərək, vəzifəsindən sui-istifadə etməkdə ittiham edib. Digər ittiham isə Konqresin təhqiqatına mane olmaqla bağlıdır.

Çərşənbə günü axşam debatlardan sonra Ədliyyə komitəsi impiçment maddələrini gələn həftə Nümayəndələr Palatasında tam tərkibdə səsverməyə çıxarmaq üçün cümə axşamı səsvermə keçirə bilər. Komitədə səsvermənin nəticələrinin partiya mənsubiyyətinə görə bölünəcəyi güman edilir; komitədəki bütün 24 Demokratın impiçmentin leyihə, bütün 17 Respublikaçının isə Trampa dəstək verərək, impiçmentin əleyhinə səs verəcəyi gözlənilir.

Prezident Tramp onun üç illik prezidentliyini hədəf alan impiçment prosesini dəfələrlə gülüş obyektinə çevirərək, Nümayəndələr Palatasının onu impiç etməsindən sonra yanvar ayında Respublikaçıların nəzarətində olan Senatdakı məhkəmədə bəraət qazanacağını qəti şəkildə proqnozlaşdırıb.

Trampın Senatda məhkum ediləcəyi gözlənilmir, belə ki, 100 nəfərlik palatada 67 lehinə səs almaq üçün 20 Respublikaçının Trampa qarşı çıxması lazımdır.

ABŞ-ın daha iki prezidenti 19-cu əsrdə Endrü Cekson və 20 il bundan əvvəl Bil Klinton - impiç edilsələr də, Senatda bəraət qazanmış və hakimiyyətdə qalmışdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG