Accessibility links

7 nəfərin imperiyaya qarşı üsyanından 50 il keçir [Video]


7 nəfərin imperiyaya qarşı üsyanından 50 il keçir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

7 nəfərin imperiyaya qarşı üsyanından 50 il keçir

50 il bundan əvvəl bu ay Sovet İttifaqının kommunist müttəfiqi hesab etdiyi Çexoslovakiyanı işğal etməsi dünyanı şoka salmışdı. İşğal Moskvada da etirazlara səbəb olmuşdu. Etirazlar hazırki Rusiyada insan haqlarının müdafiəsi və demokratiya hərəkatının toxumunu səpmişdi.

1968-ci ilin avqust ayında sovet tankları Çexoslovakiyaya hücum etmişdi.
Sovet hökuməti vətəndaşlarını qoşunların o ölkəyə "dost yardımı" göstərdiyində əmin etmişdi. Lakin işğal Rusiyanın demokratiya yönümlü fəalları arasında etiraza səbəb olmuşdu. Onlar bunu daha sonra öz vətənlərində repressiyalara yol açılacağına zəmin kimi görürdü.
Sovet dissidenti Pavel Litvinov deyir ki, Çexiyanın islahatlar aparacağına ümidlər var idi. Həmin islahatlar həyata tətbiq edilsə idi, tək çexlər deyil, Rusiyada onlara yardım edə bilərdi.
28 yaşlı fizik Pavel Litvinov çex və slovak yoldaşlarına dəstək vermək üçün Qızıl meydana gizlicə gedən 8 nəfərdən biridir. Günorta Kreml saatı zəngə başlayarkən onlar üzərində "Sizin və bizim azadlığımız üçün" sözləri yazılmış plakatlar qaldırıb.

Nümayiş polisin onları döyməsi və həbs etməsindən öncə cəmi bir neçə dəqiqə sürür.

Pavel Litvinov söyləyir ki, o bir çox dostları kimi anti-sovet təbliğatı adı altında 7 il əmək düşərgəsinə göndəriləcəyindən əmin idi.
Litvinov 5 il müddətinə azadlıqdan məhrum edilərək, Sibirin daş kömür mədəninə göndərilir. Daha sonra o, Amerikaya mühacirət edir. Digər nümayişçilər də eyni aqibətlə üzləşir və ya sovet psixiatriya xəstəxanalarına salınır. Lakin bu, Rusiyada demokratiya və dissident hərəkatı müəyyən edən ana çevrilir.
"Azadlığın 5 dəqiqəsi" hərəkatının rəhbəri və rejissor Kseniya Saxarnova bildirir ki, bu insanların həbsi və ya sürgün edilməsinə dəyərdi. Bu, insanların tezliklə unudacağı bir nümayiş deyildi. Nümayış, böyük rezonans yaratmışdı.
Rəy sorğuları rusların yarısının 1968-ci il işğalından və bunun Qızıl meydan aksiyasına ilham verdiyindən isə daha az adamıın xəbərsiz olduğunu göstərib.
19 yaşlı tələbə Alisa deyir ki, 35 yaşdan aşağı insanlar bu haqda heç nə bilmir. Lakin bunun beynəlxalq mənası var. O zamandan bəri Sovet İttifaqı yoxa çıxmağa, insanlar isə daha azad olmağa başladı.
Sovet İttifaqı bundan sonra uzun sürdü, lakin hökumət əleyhdarları və müxalifətə təzyiqlər keçmişdə qaldı.

Kremlin Ukranya ilə müharibəsi və siyasi azadlıqlar tələbi 1968-ci il işğalı ilə parallel gətirilir.
Etirazçı Natalya Qorbanevskayanın oğlu Yaroslav Qorbanevskiy bildirir ki, Çexoslovakiyanın tanklar altında azadlığını itirməsi bu gün rusların azadlıqlarını itirməsinə bənzəyir. Tanklar yalnız Qızıl meydanda deyil, Ukraynada, Krımdadır.
1968-ci il hadisələrinə etirazlar zamanı polisin təzyiqlərinə baxmayaraq, Litvinov siyasi məhbusların azadlığına çağırıb.
50 il sonra isə hələ də məhdudiyyətlər azadlıqdan daha üstündür.

XS
SM
MD
LG