Accessibility links

'Nabranda çimərliklər istifadəyə yararsızdır'


Nabran

Xaçmaz rayonunun Nabran bələdiyyəsi ərazisində dəniz suyunun (Xəzər) mikrobioloji baxımdan çimərliyə yararsız olduğu bildirilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) deyiblər.

Nazirlik Xəzərdə Azərbaycanın bir sıra bölgələrinə düşən sahil sularında aparılan monitorinqin də nəticəsini açıqlayıb. Həmin ərazilərdə dəniz suyunda bioloji çirklənmənın norma daxilində olduğu vurğulanır.

ETSN iki həftə öncə Bakı və Sumqayıtdakı bir sıra çimərliklər barəsində də monitorinqinin nəticələrini açıqlamışdı.

Həmin açıqlamada qeyd edilirdi ki, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsi və Sumqayıt çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. "Odur ki, vətəndaşların adları çəkilən bu çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil", Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirmişdi.

AzadlıqRadiosu

Fikirləriniz

Show comments

XS
SM
MD
LG