Accessibility links

Nanohissəciklər - xərçəngin aşkarlanmasının yeni yolu


Nanohissəciklər - xərçəngin aşkarlanmasının yeni yolu
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Alimlər və həkimlər xərçənglə mübarizədə yeni yolların axtarılması məqsədi ilə olduqca kiçik hissəciklərdən istifadə edir. Bəzi nanohissəciklər xüsusi boya ilə xərçəng hüceyrələrinə daxil olduqda parıltı yaradır. Oreqon Ştat Universitetinin alimləri bu yolla şişlərin müəyyən edilib götürülməsini asanlaşdırır.

Nanohissəciklər kiçik gəmilər kimi insan orqanizmində yük daşıyıcısı rolu oynayaraq, xəsrçənc hüceyrələrini boyayır.

Bu rənglər bəzi hüceyrələri məhv etməklə yanaşı, cərrahların onları tam şəkildə təmizləməsinə imkan yaradır.

"Nanohissəciklər xərçəng hüceyrələrini boyayaraq 1) xəstəliyin diaqnoalaşdılması; 2) xərçəngin böyüməsinin müşihidəsi; 3) şişlərin çıxarılmasından sonra xərçəngin tam təmizlənməsini izləməyə imkan yaradır" - deyə, alim Kanan Şumann bildirib.

Nanotəbabət ukraynalı alimlər Oleh və Olena Taratulalar tərəfindən ixtira edilib. Kimyəvi kompozisiyanın müəyyən edilməsi onların 4 ilini alıb.

"Boya üzvi həlledici və suda olan polimerdir. Onları qarışdırmaqla biz nano hissəciklər əldə edirik. İşığın təsiri ilə onlar hüceyrələri müəyyən və ifraz etdiyi istiliklə bədxassəli hüceyrələri məhv edir" , İlena deyib.

Bu üsul artıq siçanlar və dovşanlar üzərində Taratula adını daşıyan laboratoriyada təcrübə edilib. Alimlər xərçəng qayıtdığı təqdirdə bu üsulun həyati əhəmiyyəti olduğunu deyir. Xüsuslilə də təhlükəli olan aqressiv xərçəng növləri üçün.

"Əgər xərçəng qalmış olsa, bu, daha sonra residivlə nəticələnə bilər. Xərçəng qalmış olsa, onun kimya terapiyasına müqavimət göstərəcəyi ehtimalı da yüksək olur" , Kanan Şumann bildirib.

Həkimlər və alimlər nanotəbabətin vədedici olduğunu deyir. Belə ki, bu, həkimlərin bədxassəli hüceyrələri aşkar edib, onun müaəlicəsini asanlaşdırır.

"Biz həqiqətən cərrahların xərçəngin hüdudlarını müəyyən edəcək görüntü yaradacaq vasitəyə malik deyilik. Bu üsulun böyük potensialı var", Oreqon universitetinin prfessoruAdam Alani deyib.

Lakin böyük kliniki sınaq irəlidədir. Alimlər bu kiçik hissəciklərin böyük nailiyyətlərə yol açacağına ümid bəsləyir.

XS
SM
MD
LG