Accessibility links

Naqasakiyə atom bombası salınmasından 68 il ötür [Fotoqalereya]


Yaponiyanın Naqasaki şəhərinə Amerika tərəfindən atom bombası salınmasından 68 il ötür. İkinci Dünya Müharibəsinə son qoyan bu hücum şəhəri viran qoymişdu.

Naqasakinin meri Tomihisa Taue Yaponiya hökumətini nüvə silahları əleyhinə sazişi imzalamadığına görə tənqid edib.

Avqustun 6-da Yaponiyada Hiroşimaya atom bombası salınmasının 68-ci ildönümü 50 mindən artıq insan bir araya gələrək, faciənin qurbanlarının xatirəsini anıb.

Yaponiyanın baş naziri Şinzo Abe ölkəsinin nüvə silahları istehsalına son qoyulması sahəsində əvəzsiz rol oynadığını deyib. “Biz yaponlar nüvə hücumunun tarixi qurbanlarıyıq. Dünyanı nüvəsiz məkana çevirmək bizim məsuliyyətimizdir. Dünyaya nüvə silahlarının qeyri-insani olduğunu çatdırmaq bizim borcumuzdur.”

Hiroşima şəhərinin meri Kazumi Matsui nüvə silahlarını bəşəriyyətə zidd silah və şər adlandırıb.

1945-ci ilin avqust ayının 6-da Amerikanın Hiroşimaya atom bombası atması 14 min insanın ölümünə səbəb olmuşdu. Üç gün sonra Naqasakiyə atılan daha bir bomba 70 min insanın həyatına son qoymuşdu.

ABŞ rəhbərliyi bu hücumu müharibənin sonunu tezləşdirmək və əsas Yaponiya torpaqlarında çox sayda insan itkisinə səbəb ola biləcək quru əməliyyatlarınının qarşısını almaq niyyəti ilə əsaslandırmışdı.

XS
SM
MD
LG