Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı şəhərində 10 kiloqramdan çox narkotik tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 10 kiloqram 410 qram marixuana Mərdan Mehrəliyevin idarə etdiyi avtomobildə aşkar edilərək götürülüb.

Mətbuat xidməti bildirir ki, İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.

XS
SM
MD
LG