Accessibility links

Xəzərdə İranla sərhəddə narkotik götürülüb


Narkotik

Dövlət Sərhəd Xidməti (DSX) qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısını alıb.

DXS-nın Mətbuat Mərkəzinin məlumatına görə, fevralın 23-də Astara rayonu ərazisində (Bakıdan 317 kilometr cənub, İranla sərhəd) DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olmasını və qısa müddətdə geri qayıtmasını müşahidə edib.

“Su səthinə baxış zaman 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub”, xəbərdə qeyd edilir.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG