Accessibility links

Polis 79 kiloqram müxtəlif növ narkotik götürüb


Azərbaycan polisi mayın 23-də ümumi çəkisi 79 kiloqram olan müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqramadək tiryək və 300 qrama yaxın heroin aşkarlayaraq götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Biləsuvar şəhərində 16 kiloqram 830 qram tiryək və 285 qramdan artıq heroin, Balakəndə 57 kiloqram 345 qram marixuana, 2147 çətənə toxumu, 2 elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 patron, optik-gecəgörmə qurğusu və bir bıçaq, İmişlidə 2 kiloqram 475 qram marixuana, Bərdədə 755 qram marixuana, Göyçayda 450 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayəti işləri başlanılıb.

XS
SM
MD
LG