Accessibility links

NASA-nın New Horizons missiyası Neptun planetinə doğru uçur


NASA-nın New Horizons missiyası 2015-ci ilin yayında Pluton planetinin yanından uçaraq keçən ilk planetlərarası stansiya olub. Bu stansiya ilk dəfə alimlərə Pluton planetinə daha yaxından baxış keçirtmək imkanını verib.

New Horizons missiyası Pluton planetinin yanından keçir
New Horizons missiyası Pluton planetinin yanından keçir

ABŞ səfirliyi NASA-ya istinadən facebook səhifəsində yazır ki, hal-hazırda stansiya Neptun planetinin orbitindən iki milyon kilometr aralıda yerləşən 2014MU69 kosmik obyektini müşahidə etmək üçün uzaq Kuiper kəməri tərəfə səyahət edir.

Yeni missiyanın əsas məqsədi bu regionda buzlu kiçik dünyaları araşdırmaqdır. Bu yolla alimlər günəş sisteminin necə formalaşmasını daha yaxşı anlamağa ümid edirlər. Kosmik obyektin yanından keçmək əməliyyatı 2019-cu il 1 yanvar tarixində planlaşdırılır.

XS
SM
MD
LG