Accessibility links

NASA roveri Marsdan fotolar göndərməyə başladı


ABŞ fəza agentliyi bazar ertəsi tədqiqatçı roverin Marsa enişini bayram edir. Missiyanın ilkin fotoları artıq agentliyə ötürülüb.

“Curiosity” adlı gəzən laborotoriya maşın boydadır. O, səkkiz ay çəkən, 577 milyon kilometrlik səyahətdən sonra düz hədəfə enib.

Cihazdan göndərilən ilk ağ-qara fotolar Mars səthini, günəş batarkən dağı və roverin atmosferdən keçidini göstərir.

"Curiosity"-nin atom enerjisi ilə işləyən mobil laborotoriyası Qirmızı Planetdə həyatın nə vaxtsa mövcud olub-olmadığını iki il ərzində tədqiq edəcək.
XS
SM
MD
LG