Accessibility links

NATO Əfqanıstanda hərbi qüvvələrin sayını artırır


NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Talibanın Pakistandakı bazaları Əfqanıstanda sülhün və sabitliyin təmin edilməsi səyləri qarşısında ən böyük çətinliklərdən biridir.

Stoltenberq Brüsseldə alyansın qərargahında müxbirlərə bildirib ki, o, məsələni Pakistan liderləri ilə görüşlərində müntəzəm olaraq müzakirə edir və bunu etməyə davam edəcək.

“Biz Talibanın və üsyançıların Pakistandakı bazalarından kənarda yaratdığı risklər məsələsini də ünvanlamalıyıq. Biz bu məsələni bir neçə dəfə qaldırmışıq. Əfqanıstanın milli vahid hökumətinin səylərinin regionun bütün ölkələri tərəfindən dəstəklənməsi və heç bir ölkənin terrorçulara sığınacaq verməməsi olduqca önəmlidir”, NATO baş katibi bildirib.

Stoltenberq təkidlə bildirib ki, regionun ölkələri üsyançılara sığınacaq verməkdən imtina etsə, Talibana və Əfqanıstandakı terrorçu qruplara qarşı mübarizədə böyük üstünlüklər əldə edilə bilər.

NATO baş katibi bu açıqlamaları Pakistanın Xarici İşlər Nazirliyinin terrorçuların ölkədə fəaliyyət göstərməsi ilə bağlı iddiaları yenidən rədd etməsindən bir neçə saat sonra verib.

NATO Əfqanıstanda əsgəri qüvvəni artırır

Stoltenberq NATO-nun Əfqanıstana hərbi və maliyyə dəstəyini gücləndirəcəyini bildirib. O deyib ki, ölkədə xarici hərbi qüvvələrin sayı hazırda 13 mindən 16 minə çatdırılacaq.

“Biz döyüş əməliyyatlarına qayıtmayacağıq. Lakin biz əfqanlara çıxılmaz vəziyyətə son qoymaq və Talibana və üsyançılara döyüş meydanında qələbə çala bilməyəcəklərinə dair mesaj verməyə kömək üçün Qətiyyətli Dəstək missiyasında təlim, yardım və məsləhətləri gücləndirməliyik”, NATO baş katibi bildirib.

O qeyd edib ki, Taliban Əfqanıstanda siyasi həllin tapılması məqsədilə danışıqlar masası arxasında oturub, sülh danışıqlarının bir tərəfi olduğu halda nəsə əldə edə bilər.

Üsyançılar xarici qüvvələr Əfqanıstandan çıxmayana qədər danışıqlarda iştirak etməkdən imtina edir. Taliban ABŞ prezidenti Donald Trampın ölkədə müharibə ilə bağlı yeni strategiyanı elan etməsindən sonra Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı hücumları artırıb.

Son həftələr üsyançıların hücumları nəticəsində ordu və polis personalının yüzlərlə üzvü öldürülüb.

XS
SM
MD
LG