Koalisiya qüvvələri NATO-nun 10 yaraqlının öldürülməsi ilə nəticələnən trans-sərhəd əməliyyatina etiraz edib. Bu gün açıqlanan bəyanatda Pakistanın Xarici İşlər Nazirliyi hücumları pisləyib. Nazirlik bildirir ki, hücumlar ölkənin suverenliyini və NATO-nun başçılıq etdiyi qüvvələrin Əfqanıstandakı fəaliyyətinə dair mandata ziddir. Koalisiya qüvvələri yaraqlıların Xost vilayətindəki sərhəd məntəqəsinə hücumundan sonra koalisiya vertolyotlarının Pakistan sərhəddini keçdiyini bildirib. Ikinci hücum zamanı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin iki vertolyotu sərhədə qayıdarkən yaraqlılar tərəfindən hücuma məruz qalıb. Beynəlxalq TəhlükəsizliyəYardım Qüvvələri bildirib ki, əməliyyat zamanı mülki vətəndaşlar arasında həlak olan və ya yaralanan olmayıb.
NATO-nun başçılıq etdiyi qüvvələr Əfqanıstanın Pakistanla sərhəddində yaraqlını həlak edib

Beynəlxalq TəhlükəsizliyəYardım Qüvvələri bildirib ki, əməliyyat zamanı mülki vətəndaşlar arasında həlak olan və ya yaralanan olmayıb