Kabildə hərbi rəsmilər bu gün NATO əsgərinin ölkənin cənubunda qətlə yetirildiyini bildirirlər. Beynəlxalq Təhlükəsizliyə Yardım Dəstəsinin üzvünün yaraqlıların hücumuna məruz qaldığı deyilir. Beynəlxalq Təhlükəsizliyə Yardım Dəstəsi eləcə də NATO qüvvələri tərəfindən son günlər ölkənin şərqində 40 nəfərə qədər Taliban yaraqlısının öldürüldüyünü xəbər verib. Yaraqlılara qarşı aparılan hərbi əməliyyatlar gələn ay keçiriləcək parlament seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsi ərəfəsində həyata keçirilir. Dünən NATO-nun təlimlər üzrə baş komandanı general leytenant Bill Kaldvel söyləyib ki, əfqan əsgərlərini və polisini hazırlamaq üçün əlavə bir il vaxt lazımdır.