Accessibility links

NATO qüvvələri səhvən üsyançıları hədəf alıb


Üsyançılar Breqada qələbəni bayram edirlər
Üsyançılar Breqada qələbəni bayram edirlər

NATO Liviyada koalisiya hava zərbələri nəticəsində 13 üsyançının ölməsi haqda xəbərləri araşdırır. Üsyançılar bir qrup döyüşçünün Breqa şəhəri yaxınlığında zərbələrə məruz qalmasını xəbər verib.

Şahidlər qrupdan kiminsə havaya anti-təyyarə pulemyotundan atəş açdığını və bundan sonra qrupun vurulduğunu deyirlər. Pulemyotdan atəşin üsyançılar arasına girmiş Müəmmər Qəzzafi loyalisti tərəfindən də açıldığına dair spekulyasiyalar edilir.

Dünənki hava zərbəsinin ardınca şahidlər dörd maşının alova büründüyünü bildirirlər.

Üsyançılar dünən Breqa uğrunda gedən döyüşlərdə Qəzzafi qüvvələrini məğlub etdiklərini deyirlər.

Müxalifət sözçüsü Abdel-Hafiz Ğoqa hava zərbəsinin təsadüfi olduğunu bildirib. Üsyançıların başqa təmsilçisi Mustafa Qariani bununla belə hava zərbələrini dəsklədiyini deyib.

XS
SM
MD
LG