Accessibility links

NATO baş katibi: Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxilə ehtimalı yüksəkdir


NATO-nun Baş katibi Anders Fogh Rasmussen alyansın Rusiyanın öz qüvvələrini Ukrayna sərhədindən geri çəkdiyinə dair bir işarə görmədiyini və Moskvanın Ukraynanın şərqinə hərbi müdaxilə ehtimalının yüksək olduğunu deyib.

“Biz rusların humanitar əməliyyat adı ilə belə bir əməliyyatın elan edilməsi üçün bəhanə tapmağa çalışdığı və Ukraynada qeyri-qanuni hərbi əmliyyatlar aparılması üçün hərbi qüvvələrin sayını artırdığını görürük”-deyə Anders Fogh Rasmussen Röyters xəbər agentliyinə bildirib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bu arada, “bütün tərəfdaşlarla bütün detallar haqda razılıq əldə edilsə”, Rusiyanın Ukraynanın şərqinə humanitar yardım göndərəcəyini deyib. O belə bir razılığın əldə edildiyi halda, ayrdmın regionda yaranmış humanitar vəziyyətə görə dərhal göndəriləcəyini bildirib.

XS
SM
MD
LG