Accessibility links

NATO Soyuq Müharibədən bəri ən böyük təlimlərə başlayıb


31 NATO üzvü və tərəfdar ölkədən təxminən 50 min NATO personalı cümə axşamı ittifaqın Soyuq Müharibə dövründən bəri ən böyük Trident Juncture adlı təlimləri başlamadan hərəkətə keçib.

Bu nəhəng təlim Norveç və Norveç yaxınlığında keçiriləcək və təlimlərdə 65 gəmi, 250 təyyarə və 10 min maşın iştirak edəcək.

‘Biz hazırıq

NATO-nun Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının lideri, serjant-mayor Deyvor Petek Amerikanın Səsinə eksklüziv müsahibədə deyib ki, geniş-miqyaslı müdafiə təlimləri “çox sadə mesaj” daşıyır: “Heç kəs bu qədər potensialı, bu qədər imkanları olan alyasla qarşı-qarşıya gəmək istəməz”.

Rusiya dəvət olunub

NATO bildirib ki, təlimlər təcavüzkarlıq aktı deyil, təlimlərin komandiri isə deyib ki, ittifaq Rusiyanı müşahidə etməyə dəvət edib.

Təlimlər Rusiya və Qərb Rusiyanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsindən sonra hələ də fikir ayrılıqları yaşadığı vaxta təsadüf edir , bəzi NATO ölkələri Moskvanın onların suveren ərazilərinə təcavüz etməyə çalışmasından narahatdır.

NATO-nun maliyyələşdirilməsi

Təlim həmçinin ABŞ prezidenti Donald Tramp NATO-nu Avropadan çox Birləşmiş Ştatlara fayda verməkdə ittiham etdiyi vaxta təsadüf edib.

NATO üzvləri 2014-cü ilədək ÜDM-nın azı 2 faizini müdafiəyə xərcləməyə söz verib, lakin alyansın 29 üzvündən yalnız 9-nun bu ilin sonunadək bu rəqəmə çatacaqları gözlənilir.

Petek Amerikanın Səsinə bildirib ki, Trident Juncture NATO-nun birlik olmaq öhdəliyini və hazır olduğunu sərgiləməsinə yardım edir.

“Bu alyans 70 ildən çoxdur mövcuddur, lakin mən deyərdim ki, alyans heç vaxt indi olduğu qədər fəal və qətiyyətli olmayıb”, o deyib.

Trident Juncture təlimlərinin noyabrın 7-dək davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG