Accessibility links

Tramp və NATO


Tramp və NATO
please wait
Embed

No media source currently available

0:00 0:02:05 0:00

New York Times qəzetinin yazdığına görə, prezident Donald Tramp keçən il Birləşmiş Ştatları 1949-cü ildən bəri üzvü olduğu NATO-dan çıxarmaq istədiyini bir neçə dəfə dilə gətirib. Prezident Tramp bu məsələ ilə bağlı ziddiyətli açıqlamalar verdiyi bir vaxt, xarici siyasət məsələləri üzrə ekspertlərin fikrincə, ABŞ-ın təşkilatı tərk etməsi alyansı zəiflədə və uzun zamandır NATO-nu tənqid edən Rusiya prezidenti Vladimir Putini cəsarətləndirə bilər.

Təxminən 70 ilə yaxın bir dövrdə ABŞ prezidentləri və qanunvericiləri – demokrat və respublikaçılar NATO-nu stabillik sütunu kimi görürdü. Lakin Trampın alyansla bağlı baxışları onun 2016-cı ildə seçki kampaniyası zamanı hər iki partiya nümayəndələri arasında konsensusu pozdu. “İcazə verin deyim, NATO köhnəlib. Bu, 67 il əvvəl olub, onun 60-dan çox yaşı var. Orada olan çox sayda dövlət terrorizmin qarşısını ala bilmir. Bu təşkilat Sovet İttifaqı üçün qurulmuşdu və Sovet İttifaqı artıq yoxdur.” - deyə, Tramp bildirib.

Prezident seçildikdən sonra isə Tramp NATO-nun köhnəlmiş bir struktur olduğunu düşünmədiyini deyib. Lakin o, keçən ilin iyul ayında keçirilən sammitdəki çıxışında olduğu kimi dəfələrlə Avropa müttəfiqlərini töhfələrini artıqmağa çağırıb. “İllərdir prezidentlər bu yığıncaqlara gəlib olduqca böyük xərclər, ABŞ-ın çox böyük xərclərindən və əldə edilən nailiyyətlərdən danışıblar. Hamı öz töhfələrinə dair öhdəliklərlə razılaşıb. Onlar töhfələrini indiyədək düşünmədikləri bir səviyyətə çatdıracaqlar."

New York Times qəzetinin çərşənbə axşamı dərc etdiyi məqaləyə reaksiya verən təhlilçilərin dediyinə görə, müfadiə naziri Ceyms Mattisin gedişindən sonra NATO-nun gələcəyi onları narahat edir. "Atlantika Şurası"ndan Mark Simakovski: “Fikrimcə, müdafiə naziri Mattis prezident Trampın alyansı tərk etməklə bağlı ambisiyalarının qarşısını alan şəxs idi. Onun kənarlaşdırılması həm prezidentə, həm də administrasiyada NATO əleyhinə olan hər kəsə təşkilatı tərk etmək üşün bir inanılmaz bir fürsət verir.”

Bəzi ekspertlərin fikrincə, ABŞ Konqresinin simvolik bir səsvermə keçirərək, NATO-nun milli təhlükəsizlik və dünyada sabitlik üçün nə dərəcədə vacib olduğunu ifadə edən bir mesaj göndərməsinin vaxtıdır.

XS
SM
MD
LG