Accessibility links

Rasmussen: NATO ehtiyac olsa Türkiyəni müdafiə etməyə hazırdır


NATO-nun Baş katibi eyni zamanda Suriyada münaqişənin diplomatik həlli yolunun tapılacağına ümid etdiyini deyib


NATO-nun Baş katibi Anders Fogh Rasmussen alyansın lazım olduğu təqdirdə Türkiyəni Suriyanın hücumlarından müdafiə etməyə hazır olduğunu bildirib. Rasmussen deyib ki, alyans fəaliyyət göstərməyə hazırdır, lakin o buna ehtiyac olmayacağına ümid bəsləyir.

Rasmussen NATO-nun müdafiə nazirlərinin Brüsseldə iki gün sürəcək iclaslarının ilk günü Suriyada vəziyyət və Türkiyə ilə sərhəddə yaranmı gərginlik məsələlərinin müzakirə edilmədiyini bildiirb. O bildirib ki, Suriya hökumətini münaqişənin dinc yolla həllinə nail olmaq üçün işləməyə BMT məcbur etməlidir. NATO baş katibi BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin indiyə qədər qəbul edilməməsinə görə təəssüf hissi keçirdiyini deyib.

Rusiya və Çin Suriyaya qarşı hərbi gücdən istifadə edilməsini nəzərdə tutan qətnamənin qarşısını almışdır.

Suriyada bir ildən artıq bir müddətdir sürən münaqişə son günlər NATO-nun üzvü olan Türkiyə ərazisinə qədər yayılmışdır. Suriya tərəfdən Türkiyə ərazisinə mərmilər atılmış, Türkiyəni buna cavab olaraq Suriya ərazisini artilleraiy atəşinə tutmuşdur. Gərginliklər Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədilə NATO ölkələrinin səfirlərinin fövqəladə iclasının keçirilməsinə səbəb olmuşdur.
XS
SM
MD
LG