Accessibility links

NATO Moskvadan Türkiyənin hava hövzəsinin pozulması ilə bağlı dərhal cavab istəyir


NATO Türkiyənin Rusiyanın hərbi təyyarələrinin son iki gün ərzində onun hava hövzəsini pozduğunu bildirməsindən sonra Moskvadan dərhal izahat verilməsini tələb edib.

Türkiyənin hərbi təyyarələri oktyabrın 3-ü və 4-ü Rusiya hərbi təyyarələrini Suriya sərhədi boyu müşayiət edib.

Rusiya keçən həftə Suriyada hava hücumlarına başlayaraq, həm İslam Dövləti qrupunun mövqeləri, həm də Suriya hökumətinə qarşı çıxan “terrorçu qrupları” hədəf aldığını iddia edir.

Hava hövzəsinin pozulmasından sonra NATO üzvü olan Türkiyə Rusiyaya bunun yenidən baş verdiyi halda, “xoşagəlməz insidentə görə məsuliyyət daşıyacağı” ilə bağlı xəbərdarlıq edib.

NATO-nun Baş katibi Cens Stoltenberq Rusiyanın Suriyada əməliyyatlarını müzakirə etmək üçün bazar ertəsi Türkiyənin Xarici İşlər naziri Feridun Sinirlioğlu ilə görüşüb.

Stoltenberq Rusiyanın hərəkətlərinin regionda təhlükəsizlik və sabitliyə xidmət etmədiyini əlavə edib.

NATO-nun qərarlar verən orqanı olan Şimali Atlantik Şura bildirib ki, Türkiyə rəsmiləri Rusiya təyyarələrinə ölkənin hava hövzəsindən çıxması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Şura insidenti “məsuliyyətsiz hərəkət” adlandırıb və Rusiyadan baş verənlərlə bağlı izahat istəyib.

Rusiyanın İnterfaks agentliyi Rusiyanın Türkiyədəki səfirliyinə istinad edəcək insidentin baş verdiyi haqda məlumat verib. Lakin Moskva hələlik insidentlə bağlı rəsmi bəyanat verməyib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG