Accessibility links

NATO: Ukraynada Rusiya tanklarının olması gərginliyin ciddi şəkildə artmasına səbəb olur


NATO ABŞ hökumətinin Rusiya tanklarının Ukraynanın şərqinə göndərilməsini təsdiq etməsini Ukrayna hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında münaqişədə olduqca ciddi bir amil kimi qiymətləndirib.

ABŞ diplomatları tankları, raket atan qurğular və başqa hərbi texnikanın Rusiyadan Ukraynanın Snijne şəhəri yaxınlığında sərhəddən keçirildiyini bildirib. Birləşmiş Ştatlar hərbi texnikanın göndərilməsini qəbuledilməz adlandırıb. NATO-nun Baş katibi Anders Fogh Rasmussen isə bunun Ukraynanın şərqində gərginliyin ciddi şəkildə artması kimi qiymətləndirib.

NATO şənbə günü Rusiya-Ukrayna sərhəddində tankların keçməsini göstərən foto-şəkilləri açıqlayıb.

Rusiyanın Krımı ilhaq etməsindən bəri prezident Vladimir Putin və Moskvada digər yüksək səviyyəli rəsmiləri dəfələrlə Ukrayna ərazisinin zəbt edilməyəcəyini bildirmişlər. Rusiya eyni zamanda, Ukraynada Rusiya tərəfdarı separatçılara hərbi texnika deyil, humanitar yardım göndərildiyini deməyə təkid edir.

Buna baxmayaraq, NATO-nun açıqladığı foto-şəkillər və Ukraynada verilən məlumatlar vəziyyətin fərqli olduğunu göstərir.

NATO-nun nümayəndəsi Amerikanın Səsinə bildirib ki, Ukrayna sərhəddini keçən üç tank Rostov yaxınlığındakı ərazidə yerləşdirilmiş daha böyük hərbi maşın və texnikanın bir hissəsidir. Bunların arasında T-64 tipli 10 döyüş tankının olduğu bildirilir. NATO nümayəndəsinin sözlərinə görə, Rusiyada iki min bu tipli tank var və Rusiya silahlı qüvvələrində bu tanklardan artıq istifadə edilməsə də, onlar hələ də güclü hərbi texnika olaraq qalır.
XS
SM
MD
LG