NATO-nun baş katibi Cens Stoltenberq Ukraynaya dəstək verən alyansının "Davamlı Dətsək" proqramını təsdiqləyib. Burada "Rusiyanın Ukrayna ərazisindən minlərlə hərbçinin çıxarılması, nazərət və hərbi texnika dəstəyi dayandırması" istənilir.
Stoltenberq Kiyevdə prezident Petro Poroşenko və digər rəsmilərlə görüşündən sonra bu haqda danışıb. O, əminliyini bildirib ki, Ukraynanın təhlükəsizliyinə sərmayə qoymaq, NATO-nun və onun üzv dövlətlərinin təhlükəsizliyinə sərmayə qoymaqdır.
O, Minsk razılaşmasına uyğun olaraq, Ukraynanın şərqindəki münaqişəyə son qoymağa çağırıb.
Bu münaqişədə 2014-cü ilin əvvəlindən 10 mindən çox insan həlak olub.
Stoltenberq bir daha xatırladıb ki, NATO üzvləri 2014-cü ilə Rusiyanın Krımı ilhaqı qəbul edilmir.
Rusiya Ukraynada əməliyyatlara müdaxiləni inkar edir.