Accessibility links

NATO xarici işlər nazirlərinin Brüsseldə görüşü keçirilir



NATO xarici işlər nazirlərinin Brüsseldə görüşü zamanı danşıqlarda Suriyada böhran və 2014-cü ildə alyans qüvvələrinin Əfqanıstandan çıxarılması məsələləri əsas diqqət mərkəzindədir.

NATO-nun Baş katibi Anders Fogh Rasmussen Suriyada vəziyyəti şərh edərək deyib ki, alyans böhranın regionun təhlükəsizliyi üçün yaratdığı riskləri nəzərə almaya bilməz.

Bu ilin əvvəli bir sıra kəndlərin artilleriya atəşinə tutulmasından sonra NATO alyansın üzvü olan Türkiyənin Suriya ilə sərhəddində Patriot tipli raketlərdən müdafiə sistemi yerləşdirib.

Əfqanıstanla bağlı koalisiya 2014-cü ildən sonra əfqan silahlı qüvvələrinə hansı şəkildə dəstək verilməsi məsələsini müəyyən etmək üçün işi davam etdirir.

ABŞ Dövlət katibi Con Kerri İlk dəfə olaraq Brüsseldə öz həmkarları ilə görüşüb. Brüssel görşləri çərçicəsində o, Əfqanıstan prezidenti Həmid Karzai və Pakistan rəsmiləri ilə danışıqlar aparacaq.
XS
SM
MD
LG