Accessibility links

Aleksey Navalnının ailəsi və fondunun bank hesabları dondurulub


Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı deyib ki, həyat yoldaşının, uşaqlarının, valideynlərinin və Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) rəhbərinin hesabları heç bir izahat verilmədən dondurulub. O, bunun onu ləkələmək və gözdən salmaq üçün edildiyini deyib.

Kremlin tənqidçisi ailəsinin və Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri İvan Jdanovun bank hesabları və ödəniş kartlarının bağlandığını çərşənbə axşamı veb səhifəsində yazıb.

Eyni zamanda Navalnı Rusiya rəhbərliyi ilə sıx əlaqəsi olan milyarder Oleq Deripaskanın naməlum səbəblərdən onu məhkəməyə verməsi barədə məlumat aldığını bildirib.

Həm Navalnı, həm də Jdanov bank hesablarını onlayn yoxlayarkən 75 milyon rubl (1 130 000 dollar) çatışmazlıq müəyyən etdiyini bildirib.

Navalnı prezident Vladimir Putini belə bir vəziyyəti qəsdən yaratmaqda günahlandıraraq, onun bir çox rusiyalının ölkənin hazırkı rəhbərliyindən narazı olduğu bir vaxt onun Korrupsiyaya Qarşı Mübarizə Fondunun fəaliyyətinə mane olmağa çalışdığını iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG