Accessibility links

Navalnının ailəsi Moskvanın onun zəhərlənməsini ört-basdır etdiyini deyir


Rusiyanın müxalifət lideri Aleksey Navalnının ailəsi və tərəfdaşları Moskvanı onu zəhərləmə cəhdini ört-basdır etməyə çalışdıqlarını deyərək, onun Almaniyaya tibbi evakuasiya olunmasının qarşısını almaqda ittiham edirlər.

Xəstəxananın önündə müxbirlərlə danışan Navalnının həyat yoldaşı Yuliya Navalnaya və tərəfdaşı İvan Jdanov deyiblər ki, bu qərar onun həyatını ölümcül təhlükəyə atır.

“Onlar Alekseyi başqa yerə nəql etmək üçün təhvil verməkdən imtina edirlər. Biz onların bunu Alekseyin bədənindəki kimyəvi maddənin həll olunduğundan əmin olmaq istədikləri üçün etdiklərinə inanırıq. O, ona görə təhvil verilmir ki, bu maddənin hissəcikləri həll olunsun. Onun vəziyyəti yaxşı deyil. Əlbəttə ki, biz bu xəstəxanaya güvənə bilmərik və biz onun bizə təhvil verilməsini tələb edirik ki, biz onu həkimlərinə etibar etiyimiz müstəqil xəstəxanada müalicə edək,” Navalnaya bildirib.

Navalnaya həkimin Navalnını hərəkət etdirməyin onun həyatını riskə atacağını deməsindən sonra Kremlin əleyhinə çıxış edib. Həkim onun süni komada olduğunu və vəziyyətinin qeyri-sabit olduğunu deyib.

Navlanının komandası polis zabitinə istinadən deyib ki, onun bədənində çox təhlükəli maddə aşkar olunub.

“Biz əlində telefon olan tranzit polisinin nümayəndəsinə yaxınlaşdıq," Navalnının korrupsiya ilə mübarizə fondunun direktoru Jdanov deyib. Biz ondan “hansı maddə?” deyə soruşduq. O da: “Bu istintaq sirridir, biz bunu sizə deyə bilmərik, amma bu maddə ölümcül təhlükə yaradır. Bu maddə Alekseyin həyatına və ictimaiyyətə təhlükə yaradır. Ətrafdakı hər kəs qoruyucu avadanlıqlar taxmalıdır.”

Almaniyanın hava təcili yardımının Navalnını mümkün müalicə üçün Almaniyaya aparmaq məsqədilə Omska gəlməsindən sonra gərginlik artıb.

Kreml cümə axşamı bildirib ki, səhiyyə rəsmiləri onun Avropa xəstəxanasına yerləşdirməsi ilə bağlı hər hansı tələbi nəzərdən keçirəcək, toksikologiya şöbəsinin hesabatında onun zəhərləndiyinə dair ittihamları təsdiqləsə, hökümət cinayət istintaqı başladacaq.

Cümə axşamı keçirilən gündəlik birifinq zamanı Navalnı ilə bağlı suala cavab olaraq Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Duçariç deyib ki, “biz cənab Navalnının qəflətən xəstələnməsi ilə bağlı xəbərləri narahatlıqla izləyirik. Əlbəttə ki, biz ona təcili şəfa diləyirəm. Hər hansı zəhərlənmə iddiaları təqdiq olunduğu halda, hərtərəfli istintaq aparılmalıdır.”

ABŞ Senatının Helsinki Komissiyasının üzvü, senator Ben Kardin cümə axşamı Amerikanın Səsinin rus şöbəsinə deyib ki, Navalnı ilə bağlı xəbərlər “son dərəcə narahatlıq” doğurur.

“Rusiya müxalifətinin nümayəndələri, jurnalistləri və demokratiya tərəfdarları fəallarına qarşı zəhərləmələr və başqa hücumlar Rusiyada vətəndaş cəmiyyəti, insan haqları və mətbuat azadlığına təhllükələri intesivləşdirir. Mən Rusiya hüquq-mühafizə orqanlarını bu insidenti araşdırmağa və cavabdeh olanları məsuliyyətə cəlb etməyə çağırıram,” Kardin deyib.

XS
SM
MD
LG