Accessibility links

Navalnı ona qarşı hücumda Rusiya hökumətini günahlandırıb


Aleksey Navalnının xanımı Yulia aprelin 27-də hücumdan sonra həyat yoldaşının gözlərini anti-septik göz dərmanı ilə müalicə edir
Aleksey Navalnının xanımı Yulia aprelin 27-də hücumdan sonra həyat yoldaşının gözlərini anti-septik göz dərmanı ilə müalicə edir

Rusiyada korrupsiya əleyhinə mübariz, müxalifətçi Aleksey Navalnı ona qarşı hücumdan Kremli günahlandırıb. Navalnı deyib ki, onun hərəkət marşrutları haqda yalnız xüsusi xidmət orqanlarında məlumat ola bilər.

Bu həftə Navalnının üzərinə yaşıl maddə atılması nəticəsində onun gözləri güclü yanıq alıb. Artıq üçüncü gündür ki, yanığı müalicə etmək mümkün olmur.

Navalnının sözlərinə görə, onun görmə qabiliyyətinin bərpa olmaması riski mövcuddur. Həkimlər yaşıl maddənin tərkibinda başqa bir maddənin olduğunu ehtimal edir.

Bundan əvvəl mart ayında Barnaulda buna oxşar hücumdan sonra Navalnının görmə qabiliyyəti 10 dəqiqədən sonra bərpa olmuşdu. Müşahidə kameraları hücumçunun görüntüləri lentə alıb. Lakin hüquq-mühafizə orqanları hələ indiyədək cinayət işi açmayıb.

Həkimlərin məsləhəti ilə Navalnı Həştərxanda qərargahın açılışı mərasiminə qatılmayıb.

XS
SM
MD
LG