Accessibility links

Aleksey Navalnı haqqında sənədli film Oskar Mükafatına layiq görülüb


Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnının zəhərləndikdən sonra Berlində sağalmasına həsr edilən sənədli film "Ən Yaxşı Sənədli Film" kateqoriyasında builki Oskar Mükafatına layiq görülüb.

Martın 12-də Hollivudda keçirilən 95-ci Oskar Mükafatlarının təqdimatı mərasimində elan edilən qələbə zəhərlənmədən sonra koma vəziyyətində Sibirdən evakuasiya edilərkən bundan əvvəlki şərti azadlığın qaydalarını pozduğuna görə Navalnının 2 il yarım həbs cəzası çəkdiyi vaxta təsadüf edir. Navalnı 2020-ci ilin avqustunda baş vermiş ölümcül zəhərlənmədə Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə hərəkət edən Rusiya təhlükəsizlik orqanlarının əməkdaşlarını günahlandırıb.

Film Rusiyada ictimaiyyətə göstərilməyib.

"Bu gecə burada bizimlə bir nəfər ola bilərdi – Rusiya müxalifətinin lideri, "Vladimir Putinin Ukraynadakı ədalətsiz müharibəsi" dediyinə görə tək adamlıq kamerada saxlanılan Aleksey Navalnı. Mən onun sözlərini düzgün başa düşdüyümüzə əmin olmaq istəyirəm" - deyə, Kanada əsilli rejissor Daniel Roher Navalnının həyat yoldaşı, oğlu və qızı ilə birlikdə mükafatı qəbul edərkən bildirib.

Navalnı Putini onu Noviçok tipli kimyəvi maddə ilə zəhərləməkdə günahlandırıb. Kreml onun zəhərlənməsində hər hansı rolu olduğunu rədd edib.

Roher korrupsiya ilə mübarizə aparan 46 yaşlı Navalnının zəhərlənmədən sağ qaldıqdan sonra bunun arxasında kimlərin dayandığını öyrənməyə çalışdığı zaman baş verənləri nümayiş etdirmək üçün araşdırma qrupu Bellingcat ilə əməkdaşlıq edib .

Mərasimdə iştirak edən Yuliya Navalnaya səhnədə bu sözləri deyib: "Həyat yoldaşım sırf həqiqəti dediyi üçün həbsdədir. Həyat yoldaşım sırf demokratiyanı müdafiə etdiyi üçün həbsdədir. Aleksey, mən sənin azad olacağın, ölkəmizin azad olacağı günü arzulayıram. Möhkəm ol, sevgilim".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG