Accessibility links

NBA-də yeni mövsüm başladı


NBA-də yeni mövsüm başladı
NBA-də yeni mövsüm başladı

ABŞ basketbol azarkeşlərinə bu ilin ən gözəl Milad hədiyyəsi Milli Basketbol Assosiasiyası tərəfindən edilib. Belə ki, NBA nəhayət ki, mövsümün açılışını elan edib.

Klub sahibləri ilə oyunçular arasında əmək haqları boşluğu və gəlir səhmləri barədə mübahisələr bütün NBA mövsümünü təhlükəyə atmışdı. Keçən ay razılıq olunanadək təlim-məşq toplanışları, mövsümöncəki yoldaşlıq oyunları və mövsümün ilk 16 oyunu təxirə salınmışdı.

NBA-də bu il 66 oyunlıq qısa mövsüm olacaq və oyuncular bütün oyunlarda iştirak üçün istirahət günlərini ixtisar etməli olacaq.

İlk oyun gününün qalibləri Miami Heat, New York Knicks və Chicago Bulls olub. Birincilər Dallas Mavericks, İkincilər Boston Celtics, Chicago Bulls isə Los Angeles Lakers-i məğlub edib.

XS
SM
MD
LG