Accessibility links

İndoneziyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib


ABŞ Geoloji Araşdırmalarr təşkilatının rəsmiləri 8.6 bal gücündə zəlzələnin İndoneziyanın şimal-qərbini silkələdiyini bildirib. Zəlzələ Hindistan Okeanın ətraf ölkələrində sunami qorxusuna səbəb olub. Lakin zəlzələdən bir neçə saat sonra sunami xəbərdarlığı ləğv edilib.

Zəlzələ Açe vilayətində ən böyük şəhər və paytaxt olan Banda Açe şəhərinin cənub-qərbindən 430 kilometr məsafədə 22 kilometr dərinlikdə baş verib. İndoneziya televiziyası xəstəxanadan xəstələrin evakuasiya edildiyini və vətəndaşların yüksəkliyə doğru hərəkət etdiyini nümayiş etdirib.

SakiT Okean Sunami Xəbərdarlıq mərkəzi 28 ölkəyə və Hindistan Okeanı sahilində yerləşən ərazilərə sunami təhlükəsi barədə xəbərdarlığı edib. Mərkəz bu həcmdə zəlzələnin geniş və dağıdıcı sunami yarada biləcəyi barədə xəbərdarlıq edib. Lakin mərkəz sunaminin həqiqətən baş verdiyini təsdiqləməyib.

XS
SM
MD
LG