Accessibility links

BP neft sızmasının qarşısını almaq üçün yeni vasitələr tətbiq edir


A
A

ABŞ prezidenti Barak Obama BP-nin ABŞ tarixində ən böyük neft sızmasını dayandırma cəhdlərini qiymətləndirmək məqsədi ilə Luiziana ştatındadır.

ABŞ prezidenti Barak Obama BP-nin ABŞ tarixində ən böyük neft sızmasını dayandırma cəhdlərini qiymətləndirmək məqsədi ilə Luiziana ştatındadır. Prezidentin Hava Qüvvələri 1 adlanan təyyarəsi cümə günü Yeni-Orleanda hava limanına enib.

O, dərhal sahil patrulu admiral Təd Allen və digərləri tərəfindən məlumatlandırılmaq üçün görüşə yollanıb. Görüşdən sonra onun mətbuata açıqlama verəcəyi gözlənilir. Cümə günü BP bildirib ki, o neft axınının qarşısını almaq üçün sualtı əməliyyat keçirərək Meksika körfəzindəki neft quyusunu ağır palçıqla qapatmaqda davam edir. CBS televiziyası vasitəsi ilə yayımlanan müsahibədə BP-nin baş icraçı rəhbəri Toni Heyvord deyib ki, onlar həmçinin xüsusi prosesdən istifadə edərək quyuya rezin və digər materiallar doldurur. O bildirib ki, əməliyyatın müvəffəqiyyətli olduğunu bilmək üçün ən azı 48 saat tələb olunur. Belə olduğu halda BP quyunun ağzını sementlə möhürləyəcək.

XS
SM
MD
LG