Accessibility links

Nelson Mandelanın səhhəti stabil amma ağır olaraq qalır [Fotoqalereya]


Cənubi Afrika Respublikasının Pretoriya şəhərində səhhəti ağırlaşan Nelson Mandelanın yerləşdiyi xəstəxananın qarşısına insanlar bu gün də toplaşıb.

Prezident ofisi dünən cənab Mandelanın səhhətinin ağır olduğunu, lakin səhərə qədər onun vəziyyətinin nisbətən yaxşılaşdığını deyib.

Bundan bir qədər əvvəl cənab Mandelanın qızı Makazive atasının səhhətinin ağırlaşdığını, amma gözlərini açdığını və hərəkətlərə reaksiya verdiyini deyib.

Bütün gecəni onlarla insan 94 yaşlı liderə dəstək olmaq üçün xəstəxananın qarşısında şam yandırıb, gül-çiçək və ürək arzuları həkk edilmiş açıqca gətiriblər.
XS
SM
MD
LG