Accessibility links

Moskvada Boris Nemtsovun xatirəsinə yürüş keçirilib


Moskvada Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Boris Nemtsovun xatirəsinə yürüş keçirilib.

Aksiya Moskva meriyası ilə razılaşdırılsa da, təşkilatçılar bir neçə nəfərin saxlandığını bildirib.

Azadlıq Radiosunun Rusiya xidməti saxlananlardan "Rus, oyan", "Rus, mübarizə apar" kimi şüarların alındığını yazır.

Liberal müxalifət partiyalarının təşkil etdikləri aksiyada Nemtsovun portretləri ilə yanaşı, onun sitatlarının yer aldığı şüarlar da qaldırılıb.

Aksiyanın önündə PARNAS Partiyasının lideri Mixail Kasyanov, "Həmrəylik" Hərəkatının rəhbəri İlya Yaşin gedib.

Yürüşə "Yabloko" Partiyasının sədri, prezidentliyə namizəd Qriqori Yavlinski də qatılıb.

Aksiyaya prezidentliyə namizəd Kseniya Sobçak da qoşulub.

Yürüşdə on minlərlə insan iştirak edib.

Aksiyanın sonunda yürüşçülər Nemtsovun 3 il qabaq öldürüldüyü Moskvoretsk körpüsündə gül-çiçək düzüb.

Analoji aksiyalar Sankt-Peterburq və bir sıra başqa şəhərlərdə də keçirilir.

Nemtsov 1990-cı ilərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci illərdə müxalifətə keçib. 2015-ci il, fevralın 27-də qətlə yetirilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG