Accessibility links

Nemtsovun qatili 20 illik həbs cəzasına məhkum edilib


Kremlin tənqidçisi və Rusiyanın keçmiş naziri Boris Nemtsovu 2015-ci ildə qətlə yetirmiş şəxs Rusiya məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum olunub.

Məhkəmənin hakimi Yuri Jitnikovun elan etdiyi qərara əsasən, Zaur Dadayevə 20 il, onunla əlbir olan dörd nəfərə isə 11 və 19 il arasında həbs cəzası verilib.

Prokurorlar Dadayevə ömürlük, digər dörd nəfərə isə daha uzunmüddətli həbs cəzası istəmişdi.

İyun ayında münsiflər məhkəməsi böyük səs çoxluğu ilə Şagid və Anzor Qbaşlev, Ramzan Baxayev, Tamerlan Eskerxanov və Zaur Dadayevin həbsinə dair hökmlərin çıxarılması haqda qərar verib. Nemtsovu arxasından altı dəfə güllə ilə vuran Dadayev cinayəti törətdiyini boynuna alıb, lakin sonradan ifadələrindən imtina edərək, işgəncə altında ifadə verdiyini bildirib.

Beş nəfərin hamısı Rusiyanın Şimali Qafqaz regionundakı Çeçenistan respublikasındandır.

Nemtsovun tərəfdarları məhkəmənin qərarını alqışlasa da, təhqiqatın və məhkəmənin gedişi qətlin təşkilatçılarının açıqlanması və onun motivlərininin müəyyən edilməsi kimi məsələlər aydınlaşdırılmadığına görə qınaqlara səbəb olmuşdu. Nemtsovun qətlinin arxasında siyasi motivlərin olduğuna inanılır.

Zaur Dadayev Kremlin dəstəklədiyi Çeçenistan lideri Ramzan Kadırovun təhlükəsizlik qüvvələrinin zabiti olub.

Nemtsovun qızı Anna Nemtsova keçən ay Amerikanın Səsinin Rus xidmətinə ekslüziv müsahibəsində deyib ki, qətlə görə 250 min müqabilində pul vəd edildiyi halda qatillərinin motivinin olduğu halda, Nemtsovun nəyə görə və kim tərəfindən qətlə yetirilmək istədiyi kimi məsələlərin araşdırılmasına səy göstərilməyib.

“Mən Vladimir Putinin qətlin baş verməsi ilə məndən daha çox məlumatı olduğundan şübhələnirəm. O, qətllə bağlı tam məlumata malik olduğu halda, mən zərər çəkmiş tərəf kimi buna malik deyilm. Ramzan Kadırov nə üçün məhkəməyə gətirilməyib?”, Janna Nemtsova bildirib.

XS
SM
MD
LG