Accessibility links

Netanyahu və Tramp BMT-nin qətnaməsinə münasibət bildirib


İsrail baş naziri Benyamin Netanyahunun bu gün keçirdiyi Kabinet iclasında dediyinə görə, İsrail hökuməti və Birləşmiş Ştatlar administrasiyası uzun illərdir razılaşıb ki, İsrailin yaşayış massivlərinin İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə genişləndirilməsinə dair məsələnin həll ediləcəyi yer BMT Təhlükəsizlik Şurası deyil.

Buna baxmayaraq ABŞ veto hüququndan istifadə etməyəndən sonra Təhlükəsizlik Şurası iki gün öncə İsrailin inşaat işlərinin dayandırılmasına dair qətnamə qəbul edib.

İsrailin Baş Nazirliyi bu qətnaməni rədd edib və şərtlərini yerinə yetirməyəcəyini bildirib. Baş nazir deyib ki, o bu yaxınlarda ABŞ dövlət katibi Con Kerri ilə söhbəti zamanı dostların dostlarını Təhlükəsiz Şurasında tək qoymamalı olduğunu bildirib.

İsrailin Baş Nazirliyi bu qətnaməni rədd edib və şərtlərini yerinə yetirməyəcəyini bildirib. Baş nazir deyib ki, o bu yaxınlarda ABŞ dövlət katibi Con Kerri ilə söhbəti zamanı dostların dostlarını Təhlükəsiz Şurasında tək qoymamalı olduğunu bildirib.

Netanyahunun sözlərinə görə, o, ABŞ-dakı həm respublikaçı, həm də demokrat dostları ilə BMT-dəki qətnamənin nə dərəcədə təhlükəli və destruktiv olduğunu xatırladıb. Baş nazir deyib ki, o dostları və ABŞ-ın yeni administrasiyası ilə birgə işləyəcəyinə ümid edir. ABŞ-ın növbəti prezidenti Donald Tramp səlahiyyətlərinin icrasında yanvarın 20-də başlayacaq.

"İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək”. Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı qətnaməsini şərh edərkən deyib.

Dekabrın 24-də BMT Təhlükəsizlik Şurası İsraildən qanunsuz yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.

İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək.
Donald Tramp

Bununla bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilib.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib. ABŞ bitərəf qalıb.Qətnamədə bildirilir ki, İsrail işğal altındakı Fələstin torpaqlarında yaşayış məskənlərinin inşasına son qoymalıdır. Tərəflər dinc əhaliyə qarşı zorakılığın qarşısının alınması üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı danışıqlar başlamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG