Accessibility links

Netanyahu Vaşinqtonda Yaxın Şərq danışıqlarına nikbin baxır


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trumpın Yaxın Şərq sülh planının gözlənilən açıqlanması ərəfəsində Ağ Evə edəcəyi səfəri zamanı "tarix yaradacağına" ümid etdiyini bildirib.

Netanyahu bu açıqlamaları Vaşinqtona yola düşməzdən əvvəl kabinetinin iclasında danışdığı zaman verib.

İsrailin baş naziri Yaxın Şərq sülh planını müzakirə etmək üçün ABŞ paytaxtına dəvət olunub. Prezident Tramp bazar ertəsi və çərşənbə axşamı günləri Ağ Evdə Netanyahunu qəbul edəcək. O, prezident Trampla yaxın əlaqələrinin səciyyələndirdiyi hazırkı şəraiti İsrail üçün həyatda bir dəfə verilmiş “qaçırılmaz” imkan kimi dəyərləndirib.

Arxiv fotosu: ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş, 25 Mart, 2019.
Arxiv fotosu: ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş, 25 Mart, 2019.

"Biz son dərəcə dramatik diplomatik proseslərin ortasındayıq, lakin onların kulminasiya nöqtəsi hələ yaxınlaşır", Netanyahu İsrailin Nazirlər kabinetinin iclasından öncə jurnalistlərlə söhbətində bildirib.

“Tezliklə dostum, əsrin layihəsini təqdim edəcək Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona yola düşəcəyəm…Mən ümid edirəm ki, tarix yarada biləcəyik" -deyə, Netanyahu əlavə edib.

Prezident Trump cümə axşamı günü Netanyahu ilə Vaşinqtonda görüşməzdən əvvəl planını açıqlayacağını bildirib. Planın açıqlanması bundan əvvəl bir neçə dəfə təxirə salınıb.

“Bu, əla bir plandır. Bu, həqiqətən işləyəcək bir plandır" – deyə, Trump bildirib.

Bundan öncə müzakirə ediləcək layihə fələstinlilər tərəfindən rədd edilib. Fələstinlilər Trampı ədalətsiz şəkildə İsrailin tərəfində olaraq qərəzlikdə ittiham ediblər.

Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi açıqladığı bəyanatda “əsrin müqaviləsini rədd edən aydın beynəlxalq bəyannamə” tələb edərək, planın regional sabitliyə təhlükə təşkil edə biləcəyini bildirib.

XS
SM
MD
LG