Accessibility links

Ukraynanın Nyu York şəhəri - Qərbdən kömək ümidi ilə adını dəyişən şəhər müharibənin acılarını yaşayır


Ukraynanın Nyu York şəhəri üzərindən bombalar uçur
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Ukraynanın Nyu York şəhəri üzərindən bombalar uçur

Novqorodski Sovet İttifaqı dağıldıqdan sonra Donbas bölgəsinin yoxsullaşan tipik sənaye şəhəri idi. Müharibədən əvvəl şəhər sakinləri Qərbdən yardım və pul almaq üçün onun adını Nyu Yorka dəyişməyə qərar verdi. Lakin nə sərmayə, nə də turist gəldi. İndi Nyu Yorkun az sayda qalan sakinləri sovet dövründə keçmiş günləri məhəbbətlə yada salır.

Şərqi Ukraynada qeyri-adi adı olan bu kiçik şəhərin üzərindən bombalar tez-tez uçur.

Nyu York Donbasın mərkəzində yerləşir və iki il əvvəl onun rus dilində adı Novqorodski idi. Hər şey 2021-ci ilin yayında, Novqorodski sakinlərinin Qərbdən yardım və maliyyə cəlb etmək üçün şəhərə 1951-ci ildə Sovet dövründə dəyişdirilən keçmiş Nyu York adını qoymasından sonra dəyişdi.

Nyu York sakini Yanna Nikolaivna: "O vaxt biz buraya sərmayələrin gəlməsini, turistlərin gəlməsini düşünürdük, lakin müharibədən başqa heç nə olmadı. Muzeyi təmir etdilər, amma indi xarabalıqdır. Turist heç gəlmədi. Nyu York bizə heç nə vermədi."

Nikolaivna Nyu Yorkda qalan 2000 sakindən biridir. Sovet dövründə sürətlə inkişaf edən kimya zavoduna ev sahibliyi edən Nyu York tipik sənaye şəhəri idi. Lakin sovet rejimi dağılandan sonra işlər çətinləşdi. Burada çoxları üçün müharibə son onilliklərdə yaşanan növbəti faciədir. Yuri: "Bizim nəyinsə yaxşılığa doğru dəyişəcəyinə dair ümidlərimiz 30 il əvvəl öldü. Ümidlərimiz təxminən 30 il əvvəl itdi. Düzünü desəm, bu adın bizim üçün heç bir əhəmiyyəti yoxdur."

Yuri həyat yoldaşı Qalina və üç uşağı ilə kartof saxlanılan zirzəmisdə yaşayır. Onlar bu kiçik məkana iki ay əvvəl həyətlərinə bomba düşdükdən, evlərinin qapıları, pəncərələri və damının bir hissəsini uçurduqdan sonra köçüb. Qalina ərindən fərqli olaraq, şəhərin adının dəyişdirilməsinin onların taleyini dəyişdirəcəyinə ümid edirdi. "Lakin mahiyyət etibarı məsələ müharibədədir. Müharibədən başqa kim nəyi düşünür?"

Onun sözlərinə görə, bombalar indi onların gündəlik həyatının bir hissəsidir. Ukraynanın Nyu Yorku da heç vaxt yatmayan şəhərdir. Qalina: "Həqiqət budur ki, biz bir ildir yatmırıq."

Şəhərin o biri tərəfindəki partlayış səsi Nikolaivnanı ürküdür. "Görürsünüz, başladı. İndi eşidə bilərsiniz".

O, yuxusuzluğuna yuxu dərmanı ilə çarə tapmağa çalışır. "Gecə atışma başlayanda sakitləşdirici dərmanlar təsir etmir. O zaman sizə heç bir şey kömək edə bilməz".

O, Rusiya ilə Ukrayna arasındakı sərhədin sadəcə bürokratik xətt olduğu günləri xəyal edir. Donetskin bir çox nyu-yorkluları kimi o da sadəcə sovet dövrünün günlərini geri qaytarmaq istəyir. O deyir ki, şəhərin adı heç vaxt əhəmiyyət kəsb etməyib.

XS
SM
MD
LG