Nigeriyanın şimal-şərqində həyata keçirilən silsilə intiharçı hücumlarından sonra bölgədə yeni təhlükəsizlik problemləri yaşanmağa başlayıb.
Polisin bildirdiyinə görə, 4 intiharçının Meydoquri şəhərində həyata keçirdiyi bomba hücumları azı 17 nəfərin ölümünə, 20-dən çoxunun yaralanmasına səbəb olub.
Polis çərşənbə günü həyata keçirilən hücumlar zamanı qurbanların əksəriyyətinin mülki təhlükəsizlik işçiləri olduğunu bildirib.
Bölgədə İslam dövləti yaratmağa çalışan miliyant Boko-Haram qrupu indiyə qədər 20 mindən çox insanı qətlə yetirib, 3 milyona qədər isnan isə yaşadıqları yerləri tərk etməli olub.