Accessibility links

Nigeriyada partlayış nəticəsində 56 nəfər həlak olub


Madagali Nigeria

Bu gün Nigeriyanın Madaqali şəhərində törədilən iki partlayış nəticəsində 56 nəfərin öldüyü bildirilir. Rəsmilər ilkin olaraq 10, daha sonra isə 30 nəfərin öldüyünü bildirmişdi. Ölənlərin sayınnı artacağı istisna edilmir.

Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib. Hazırda Nigeriya ordusu Madaqali yaxınlığında gizlənən terrorçuların mövqelərinə zərbələr endirir.

Hadisə ölkənin şimal-şərqində yerləşən Madaqali şəhərindəki bazarların birində qeydə alınıb.

Bazarda bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 57 nəfərin isə yaralandığı deyilir.

İnsidentin təfərrüatları barədə məlumat verilmir. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib. Hazırda Nigeriya ordusu Madaqali yaxınlığında gizlənən terrorçuların mövqelərinə zərbələr endirir.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

XS
SM
MD
LG