Accessibility links

İntiharçı bomba hücumu Nigeriyada 18 insanın ölümünə səbəb olub


Nigeriyanın şimal-şərqində intiharçı bomba hücumu nəticəsində 18 insan həlak olub. Polis rəsmisinin şənbə günü verdiyi məlumata əsasən, Borno vilayətinin paytaxtı Maiduquri şəhəri Boko Haram militantları tərəfindən ən çox hücuma məruz qalmış şəhərdir.

Heç kim hücuma görə məsuliyyəti üzərinə götürməsə də, bu ərazidə baş verən intiharçı hücumların İslamçı militant qruplar tərəfindən həyata keçirildiyi bildirilir. 2009-cu ildən bəri həmin qrupun hücumları nəticəsində 20,000 insan həyatını itirib, 2 milyondan çoxu isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Borno vilayətinin polis komissarı Damian Çukvu bildirib ki, partlayış hücumu Maiduquri şəhərinin mərkəzindən 20 kilometr aralıda yerləşən balıq bazarında, cümə günü axşam saat 8-də keçirilib: “Üç intiharçının həyata keçirdiyi hücum nəticəsində 18 insan həlak olub və 22 insan xəsarət alıb.”

2016-cı ildə hökümətin Boko Haram militantlarını məğlub etməsinə baxmayaraq, intirharçı bomba hücumları ərazidə davamlı olaraq baş verir. Militant təşkilat Nigeriyanın şimal-şərqində İslam dövləti yaratmaq istədiyini elan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG