Accessibility links

Nigeriya prezidenti: Sağam və bənzərimlə əvəz edilməmişəm


Nigeriya prezidenti Muhammadu Buhari deyir ki, o sağdır və sudanlı bənzəri ilə əvəz edilməyib.

Buhari bazar günü iqlim sammiti üçün səfər etdiyi Polşada Nigeriya diasporu ilə görüşü zamanı özü haqda yayılmış şaiyələri təkzib edib.

“Bu, həqiqi mənəm, sizi əmin edirəm” - deyə, Nigeriya prezidenti həmvətənləri qarşısında çıxış zamanı bildirib: “Mən tezliklə 76-cı doğum günümü qeyd edəcəm və möhkəm olmağa davam edəcəm.”

Şaiyələr prezidentin adı qeyd edilməyən xəstəliyin müalicəsi üçün 2017-ci ilin böyük hissəsini Londonda keçirməsindən sonra yayılmağa başlayıb.

Buhari bu şaiyələri yayan insanlari “cahil” və “dinsiz” adlandırıb.

XS
SM
MD
LG